Ermənistanın müdafiə naziri Suren Papikyan ötən gün gizli əmrlə Müdafiə Nazirliyinin bölmələrinin komanda heyətinə tapşırıq verib.
Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Bildirilir ki, nazir hərbçilərə “Artsax” ifadəsini işlətməyi qadağan edib. Bölmələrə göndərilən gizli əmrdə qeyd olunub ki, "Artsax” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır.