Modern.az

Seysmologiya üzrə kadrlara ehtiyac var - İsa Həbibəyli

Seysmologiya üzrə kadrlara ehtiyac var - İsa Həbibəyli

Aktual

16 Mart 2023, 12:18

Türkiyədə baş vermiş zəlzələdən sonra apardığımız təhlillər zamanı ölkəmizdə seysmologiya üzrə ixtisaslaşdırılmış kadrlara ehtiyac olduğunu müəyyən etmişik.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

 

O bildirib ki, ölkənin ali təhsil sistemində və digər elmi qurumlarında magistr, fəlsəfə doktorluğu, elmlər doktorluğu üzrə seysmologiya sahəsində boşluqlar var.

 

"Seysmologiya üzrə yüksək elmi dərəcəli kadrların hazırlanması istiqamətində yüksək dairələrlə danışıqlar apararaq razılığa gəlmişik”,- deyə akademik qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı