Modern.az

38 nəfər YAP-dan çıxarıldı 

38 nəfər YAP-dan çıxarıldı 

Aktual

16 Mart 2023, 18:40

Müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə 38 nəfər Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric olunub.

 

Modern.az xəbər verir ki, bu barədə qərar bu gun Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclasında qəbul edilib.

 

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı