Modern.az

Erməni təcavüzü ilə bağlı 32 cinayət işi BAŞLANILIB

Erməni təcavüzü ilə bağlı 32 cinayət işi BAŞLANILIB

Aktual

17 Mart 2023, 11:03

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin tələbləri pozulmaqla həmin tarixdən sonrakı müddət ərzində davam edən erməni təcavüzü ilə bağlı 32 cinayət işi başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

 

Hesabatda bildirilir ki, 27 sentyabr 2020-ci il tarixində başlanan və 44 gün davam edən Vətən Müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Azərbaycana və vətəndaşlarına qarşı törədilən cinayətlər faktlarına dair prokurorluq orqanlarında 57 cinayət işi istintaqı aparılıb. 89 cinayət işinin istintaqı 2022-ci ildə davam etdirilib. Həmin 89 cinayət işi üzrə ümumilikdə 125 nəfər mülki şəxs öldürülüb, 534 nəfər xəsarət alıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı