Modern.az

Azərbaycanda 9 ildir malyariyaya yoluxan yoxdur

Azərbaycanda 9 ildir malyariyaya yoluxan yoxdur

Aktual

17 Mart 2023, 15:18

Azərbaycanda 9 ildir malyariyanın yerli yoluxması baş vermir.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

 

Sənəddə qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən “2022-2026-cı illər üçün Azərbaycan Respublikasında malyariyanın bərpa olunmasının qarşısının alınması üzrə Yol Xəritəsi” təsdiq olunub və respublikada malyariyaya qarşı aparılan tədbirlərin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

 

Məlumata görə, ölkənin malyariyadan azad ölkə kimi sertifikatlaşdırılması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Texniki Məsləhət Qrupu tərəfindən malyariya ilə mübarizə üçün təşkil olunmuş nəzarət və cavab tədbirləri sisteminin effektivliyi və dayanıqlılığının qiymətləndirilməsi aparılıb və bunun əsasında “İnfeksiyaların Profilaktikası və İnfeksion Nəzarət üzrə Milli Strategiya”nın layihəsi hazırlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı