Modern.az

Türkiyə və Yunanıstan bir-birini dəstəkləyəcək

Türkiyə və Yunanıstan bir-birini dəstəkləyəcək

Aktual

20 Mart 2023, 19:20

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Dendiasla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Görüş Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransı çərçivəsində baş tutub. Çavuşoğlu ötən ay baş verən zəlzələlərdən sonra göstərilən dəstəyə görə Yunanıstan hökumətinə və xalqına təşəkkür edib. O, Dendiasın zəlzələdən sonra Türkiyəyə səfər etməsini yüksək qiymətləndirib.

 

Dendias görüşün çox konstruktiv keçdiyini bildirib. Nazirin sözlərinə görə, Türkiyə Yunanıstanın 2025-2026-cı illərdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə namizədliyini, Yunanıstan isə Türkiyənin Beynəlxalq Dəniz Təşkilatı (IMO) baş katibliyinə namizədliyini dəstəkləyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı