Modern.az

İtkin düşən yeniyetmələr TAPILDI

İtkin düşən yeniyetmələr TAPILDI

Aktual

20 Mart 2023, 22:18

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində onlar tapılıblar. Hazırda Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxıb və bir daha geri qayıtmamışdılar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı