Modern.az

İsrail Prezidenti Türkiyəyə səfər edəcək

İsrail Prezidenti Türkiyəyə səfər edəcək

Dünya

3 Fevral 2022, 11:35

İsrail Prezidenti İsaak Hersoq Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, səfər martın ortalarında baş tutacaq.



Prezident Ərdoğan Rusiya-Ukrayna gərginliyi ilə bağlı danışarkən "hadisələri yaxından izləyirik. Hər platformada Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bildiririk" deyib.

 

Ərdoğan çıxışına belə davam edib:

 

"Qara dəniz ölkəsi olaraq bölgəyə sülh gətirmək üçün bütün tərəfləri təmkin nümayiş etdirməyə və dialoqa dəvət edirik”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı