Modern.az

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

İdman

Bu gün, 11:13

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulacaq.

Modern.az xəbər verir ki, XXXIII turun son oyun günündə bir qarşılaşma keçiriləcək. “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”ı qəbul edəcək. Saat 16:00-da başlayacaq matçı İnqilab Məmmədov idarə edəcək.

“İmişli” turnir cədvəlində 33 xalla 9-cu pillədə qərarlaşıb. Premyer Liqanı tərk etməsi dəqiqləşən “Karvan-Yevlax” isə 14 xalla sonuncu – 12-ci sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Şamaxı”ya 3:1, “Sabah” “Turan Tovuz”a 2:1, “Qarabağ” “Sumqayıt”a 4:3, “Neftçi” “Kəpəz”ə 1:0, “Araz-Naxçıvan” isə “Zirə”yə 3:2 hesabı ilə qalib gəlib. “Sabah” mövsümü çempion olaraq başa vurub. “Qarabağ” 2-ci, “Turan Tovuz” 3-cü, “Neftçi” 4-cü yeri tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı