Modern.az

Gənclər M.Ə.Rəsulzadənin məzarını ziyarət ediblər

Gənclər M.Ə.Rəsulzadənin məzarını ziyarət ediblər

Ölkə

26 Oktyabr 2009, 10:05

Bu günlərdə Azərbaycandan Türkiyəyə gedən bir qrup fəal gənc Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi, ulu öndər Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər. Bunlar Ramin Hacılı, Zaur Əkbər və Rövşən Nəcəfovdur.
Qeyd edək ki, Rövşən Nəcəfov həm də Modern.az-ın əməkdaşıdır. O, səfər təəssüratlarını belə bölüşüb: “Türkiyədə olarkən Ankara şəhərindəki 28 May küçəsində yerləşən Əsri qəbirstanlığına gedib, orada uyuyan ulu öndər Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etmək mənəvi borcumuz idi.
Onun "Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa, çox yaşa, ey şanlı Azərbaycan!" və "Bir kərə yüksələn bayraq bir daha enməz" şüarları bizim hamımız üçün örnəkdir
Düşünürəm bu ziyarətimizlə Azərbaycanın istiqlalı uğrunda mətin mübariz, müsəlman Şərqində ilk demokratik respublikanın təməlini qoyan, həyatı keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən bu görkəmli şəxsiyyətin ruhunu şad etdik”.  
AXC-nin süqutundan sonra uzun müddət mühacir həyatı yaşayan Məhəmməd Əmin Rəsulzadə ömrünün son günlərində Ankara universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən müalicə olunub. O, elə bi klinikada 1955-ci il martın 6-da gecə saat 11-ə 10 dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyata qovuşub.


 

 




“Modern.az”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı