Modern.az

Atatürkün xəyalındakı Türkiyə bayrağı necəymiş?

Atatürkün xəyalındakı Türkiyə bayrağı necəymiş?

Ölkə

9 Noyabr 2009, 09:47

1920-ci ilin əvvəllərində Türkiyə Böyük Millət Məclisinin açılması üçün işlər davam edərkən Mustafa Kamal Atatürkün  dövlət bayrağının rəngini dəyişdirməyi düşündüyü barədə məlumatlar var.  İdda olunur ki, həmin vaxt bəzi yoldaşlarının bu təklifə soyuq baxması səbəbindən Atatürk dövlət bayrağının rəngini dəyişmək təklifini arxa plana keçirib. “Türküstan” qəzetinin son sayında verilən bilgiyə görə Türkiyə parlamentində çalışan Yılmaz Qoç, inqilab tarixi və qurtuluş savaşının bilinməyən və ya unudulan detallarını "Unudulanlar" adlı kitabında yazıb.

Yılmaz Qoç, Məclis protokollarından və arxivindən faydalanaraq hazırladığı kitabda, 1920-ci ilin əvvəllərində Türkiyə Böyük Millət Məclisinin açılması üçün işlər davam edərkən Atatürkün yeni cumhuriyyətin bayrağının rəngi kimi göy mavisi rəngini düşündüyünü bildirib.

Kitabda, Çankayada gedən söhbətlərdə Atatürkün göy mavisi rəngini çox sevdiyini, bayrağın rənginin də belə olmasını arzu etdiyini yoldaşlarına söylədiyi, ancaq bu istiqamətdə yoldaşlarından bir fikir və ya təklif gəlməyincə, İkinci Mahmud (Osmanlı sultanı) dövründə qəbul edilən ay ulduzlu qırmızı rəngli bayraqla davam edildiyi qeyd olunur.

Məlum olduğu kimi, göy-mavi rəng dünyada türklüyün rəmzi kimi tanınır. Tarixdəki Göytürklər İmperatorluğunun bayrağı da göy-mavi rəngdə olub. Azərbaycan dövlətinin bayrağındakı mavi rəng də türklüyü təmsil edir.

Xatırladaq ki, Atatürkün Türkiyə üçün xəyal etdiyi ay-ulduzlu mavi bayraq hazırda Uyğur Türklərinin bayrağı kimi qəbul olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı