Modern.az

On ayda ətraf mühiti çirkləndirənlərə qarşı 2730 akt və protokol tərtib edlib

On ayda ətraf mühiti çirkləndirənlərə qarşı 2730 akt və protokol tərtib edlib

Ölkə

19 Noyabr 2009, 10:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən 10 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2730 akt və protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 794 icrası məcburi olan göstərişlər verilib. Modern.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti xəbər verib.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 735 iş üzrə 1321985,6 manat məbləğində cərimə tətbiq edilib, ondan 210260,95 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 622 iş üzrə 1278425,98 manat məbləğində iddia qaldırılıb, ondan 59271,36 manat məbləğin ödənilməsi təmin olunub. İdarə və müəssisələrə 3282 iş üzrə 747863,94 manat məbləğində ödəmə tətbiq edilib, ondan 436973,96 manat məbləğin ödənilməsi təmin edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 86 işdən 37-nə, məhkəmələrə göndərilib 137 işdən 84-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilib 474 işdən 73-nə baxılaraq müvafiq tədbirlər görülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı