Modern.az

Bu il Azərbaycanda 15 qız qaçırılıb

Bu il Azərbaycanda 15 qız qaçırılıb

Ölkə

2 Dekabr 2009, 13:39

Azərbaycanını bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Respublikanın bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qzçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Modern.az xəbər verir ki, baş prokurorun müavini Namiq Əsgərov bildirib ki, 2008-ci ildə respublikada 18 qız zorla qaçırılıb. 2009-cu ilin 10 ayında isə ölkənin müxtəlif regionlarında 15 qız qaçırma halı qeydə alınıb. N.Əsgərovun sözlərinə görə, qadının evlənmək məqsədilə qaçırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsində adam oğurluğuna görə məsuliyyət müəyyən edən 144-cü maddədə əks olunub. Baş prokurorun müavini bildirib ki, yuxarıda göstərilən rəqəmlər özləri şikayətçi olan qaçırılmış qızlarla bağlıdır. Çünki əksər hallarda qızlar qaçırılandan sonra ya onların ailəsi, ya da özləri el qınağından, milli mentalitetdən irəli gələn tənələrdən çəkinərək şikayətçi olmurlar. Nəticədə həmin hadisələrlə əlaqəda qız qaçırılması faktı üzrə cvinayət işi başlanmır. Belə halları da nəzərə alanda hər il Azərbaycanda yüzlərlə qız iradələrinin əksinə olaraq evlənmək məqsədilə qaçırılırlar.

Qeyd edək ki, ölkəmizin bəzi regionlardakı adət-ənənəyə görə qızı zorla qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etməz. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir. Araşdırmalar göstərir ki, keçmişdə çox vaxt qızın ailəsinin oğlan evindən tələb etdiyi yüksək məbləğdə “başlıq pulu”nun ödənməməsi üzündən qız qaçırmaya əl atılırdı. İndi isə ya qızın ata-anası razı olmayanda, ya da onun özü oğlanı istəməyəndə qaçırılma yoluna əl atırlar.

Ümumilikdə Azərbaycan cəmiyyətində qadının iradəsinə zidd olaraq onun evlənmək məqsədilə qaçırılmasına pis münasibət var.

Qeyd edək ki, Cinayət Məcələsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı