Edu.az təhsil portalı çərçivəsində Azərbaycanın təhsil müəssisələrinin müəllimləri üçün internet-forum yaradılıb. Forumun məqsədi informasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi istiqamətində müəllimlər arasında fikir mübadiləsinin aparılması, bu istiqamətdə təcrübənin bölüşdürülməsi, İKT-nin tətbiqində aktual və problemli mövzuların müzakirəsidir.