
“İsrail parlamentinin üzvləri dəfələrlə müraciət ediblər ki, Azərbaycanın İsraildə səfirliyinin açılması zəruri bir məsələdir. Təbii ki, bu məsələ Azərbaycan prezidentinin səlahiyyətinə daxildir”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Azərbaycanın yəhudi dövlətində səfirliyinin açılması perspektivlərini şərh edərkən bildirib.
“Nə zaman lazım bilinəcəksə, o zaman Azərbaycanın İsraildə səfirliyi açılacaq”-deyən Y.Abramov qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin açılmasının tərəfdarıdır.
İsrailin Bakıda səfirliyi var. Təl-Əvivdə isə Azərbaycan səfirliyinin açılması dəfələrlə gündəmə gəlsə də, bu, müəyyən səbəblərdən reallaşmayıb.
Modern.az