Modern.az

Payız imtahanlarının cavabı hələ hazır deyil

Payız imtahanlarının cavabı hələ hazır deyil

Страна

15 Sentyabr 2010, 16:37

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış, imtahan fənləri üzrə illik qeyri-kafi qiymət aldığı üçün buraxılış imtahanına buraxılmamış, həmçinin müəyyən səbəblərdən imtahanlarda iştirak etməmiş şagirdlər bir müddt öncə payız imtahanı veriblər.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçirilib.

Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Bilə­su­var, Cəlil­abad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neft­ça­la, Salyan, Ucar, Sabir­abad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı ra­yonlarının, sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bər­də, Lerik, Yardımlı, Daşkə­sən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göygöl, Qazax, Sa­mux, Şəmkir, Tərtər, To­vuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şa­maxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanı veriblər.

Bir həftə keçməsinə baxmayaraq imtahanları cavabları hələ elan olunmayıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən saytımıza bildirilib ki, payız imtahanlarının cavabları hazırda emal olunur. Cavablar gələn həftə məktəblərin özləri tərəfindən açıqlanacaq.  

Modern.az  

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı