Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Axşam saatlarında cənub küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu gecə 16-20, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Sentyabrın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək.
Sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 15-17, gündüz 23-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, günün ikinci yarısında şərq küləyinin qərb küləyi ilə əvəz olunacağı, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-19, gündüz 26-30, dağlarda isə gecə 8-12, gündüz 16-19 dərəcə isti təşkil edəcək.
Sentyabrın 19-20-də şimşək çaxacağı, yağış yağacağı, gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, sentyabrın 20-də isə şərq küləyi ilə əvəz olunacağı ehtimalı olunur.
Havanın temperaturu gecə 13-17, gündüz 22-25, sentyabrın 20-də 28 dərəcəyədək, dağlarda isə gecə 7-10, gündüz 12-15, sentyabrın 20-də 18 dərəcəyədək isti olacaq.
Modern.az