Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədləri təsdiq olunub. Modern.az-ın məlumatına görə, hazırda deputat olan bəzi YAP-çılar siyahıya daxil edilməyib.
Bunlar Nizami Xudiyev, Əkrəm Abdullayev, Əhəd Abıyev, Əhəd Əhmədov, Gülhüseyn Əhmədov, Murtuz Ələsgərov, Məjlum Şükürovun Vasif Əliyev, Aydın Həsənov, Sevindik Hətəmov, Dünyamin Xəlilov, Nizami İsgəndərov, Məcid Kərimov, Eyvaz Qurbanov, Nazim Məmmədov, Səfər Məmmədov, Vidadi Məmmədov Miri Qəmbərovdur.
Qeyd edək ki, adları YAP-ın namizədlər siyahısına salınmayan YAP-çılardan bəziləri partiya rəhbərliyinin xəbərdarlığına məhəl qoymayaraq artıq müstəqil şəkildə namizədliklərini irəli sürüblər.
Modern.az