Modern.az

İşsiz namizədlər...

İşsiz namizədlər...

Ölkə

21 Sentyabr 2010, 11:42

Modern.az namizədlərin fəaliyyət dairələrini araşdırarkən bir sıra maraqlı nüansları müəyyən edib.  Parlament seçkilərində iştirak etmək üçün bu günə qədər imza vərəqləri götürmüş namizədlər arasında xeyli işsiz varmış. DSK-lardan imza vərəqələri götürmüş namizədlərin 53 nəfəri DSK-ya təqdim etdikləri özü ilə bağlı məlumatlarda heç bir işlə məşğul olmadığını göstəriblər.

Bu işsiz namizədlərin 23 nəfəri bitərəf, 30 nəfəri isə müxtəlif partiya və seçki blokları tərəfindən namizədləri irəli sürülüb. 

Bu işsizlərin içində tanıdıqlarımız da var. Məsələn, 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə imza vərəqsi almış QAT sədri Akif  Nağı sənədlərdə özünü işsiz kimi göstərib. 15 saylı Yasamal birinci seçki dairəsindən imza vərəqləri götürmüş Ülvi Həkimov da işsiz olduğunu qeyd edib. Cənab Həkimov Əbülfəz Elçibəy prezident olarkən onun müşaviri olub. İşsiz namizədlər içində deputat olmaq istəyən 3 nəfər gəncin 27 yaşı var.   

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı