Yeni Azərbaycan Partiyasının 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə namizəd irəli sürdüyü Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin yaxın qohumu, qudasıdır. Bu barədə Modern.az-a şeyxin ailəsinə yaxın mənbədən məlumat verilib. Qalib Salahazadə artıq imza vərəqələrini götürüb.
Bu dairədə onun rəqiblərindən biri hazırda millət vəkili olan Fərrux Zeynalovdur. Bitərəf deputat yenidən bu dairə üzrə namizədliyini irəli sürüb.
Bu dairədən namizədliyini vermiş Mikayıl Rəhimov “İslahat” blokunu, Nizami Məmmədzadə “Qarabağ” blokunu, Rahim Hacıyev isə “AXCP-Müsavat” blokunu təmsil edir.
Modern.az