Modern.az

Rasim Müsabəyov namizədliyini irəli sürüb

Rasim Müsabəyov namizədliyini irəli sürüb

Ölkə

23 Sentyabr 2010, 18:21

Tanınmış politoloq Rasim Müsabəyov parlament seçkilərində içtirak etmək qərarına gəlib. O, namizədliyini 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə irəli sürüb. Bu barədə Modern.az-a MSK-dan bildiriblər. Artıq imza vərəqələrini götürmüş politoloq seçki kampaniyasına bitərəf olaraq qoşulub.

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri olan Rasim Musabəyov beynəlxalq münasibətlərə dair şərhləri ilə mediada tanınır. Azərbaycanda sovet hakimiyyətinin xadimlərindən olan Qəzənfər Musabəyovun nəvəsi olan R. Musabəyov 1990-1992-ci illərdə Azərbaycan Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri olub. Sonralar o, Müsavat Divanının üzvü olub. 2005-ci il parlament seçkilərindən sonra partiyadan uzaqlaşıb. Hazırda politoloq kimi fəaliyyət göstərir.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı