“Bakı metropoliteninin gedişhaqqını qaldıracağı barədə məlumatlar dezinformasiyadır və bunun heç bir əsası yoxdur”. Bu sözlərin Modern.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib. N.Tanrıverdiyeva bildirib ki, metropoliten rəhbərliyi gediş qiymətlərinin artırılmasına dair heç bir müzakirə aparmayıb. Metropolitenin sözçüsü bu ilin sonunadək Tarif Şurasına hər hansı müraciətin göndərilməyəcəyini söyləyib.
Onun sözlərinə görə, dərs ili başlanandan sonra metroda gün ərzində daşınan sərnişinlərin sayı artaraq 500 mini ötüb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də Tarif Şurasına metroda gedişhaqqının qaldırılması ilə bağlı hər hansı müraciətin daxil olmadığını deyib.
Mail Ağaxanov