Modern.az

Gənclər gələcək həyat yoldaşlarının necə olmağını istəyirlər?

Gənclər gələcək həyat yoldaşlarının necə olmağını istəyirlər?

Ölkə

25 Sentyabr 2010, 18:05

Hər bir gəncin gələcək həyat yoldaşı haqqında özünəməxsus fikirləri var. Evlilikdən qabaq gələcək ömür-gün həmdəmi barədə hərə bir cür xəyal qurur, sevgilisinin necə olmasını öz-özlüyündə təsəvvür edir.  
Modern.az saytı ayrı-ayrı peşə sahibləri olan gənclərə “gələcək həyat yoldaşınızın necə olmağını istəyirsiz” sualı ilə müraciət edib. Cavablar maraqlıdır.

Hacı Hacıyev, xırda biznes sahibi: “Ali təhsilli, açıq dünyagörüşlü, zəki, bir də zahirən xoş bir xanımla ailə qurardım. Çünki belə bir xanımın mənə maraqlı olacağını düşünürəm”.

Raqif Cəbrayılov, müəllim: “İlk növbədə ağıllı, hərəkətinin, oturuşunun, duruşunun qaydasını bilən, xoş xasiyyətli qizla evlənərdim”.


Ümman Quliyev, menecer: “Müasir, düşüncəli, təhsilli, komplekslərdən kifayət qədər uzaq, qısqanc olmayan, məni başa düşən düşüncələrimi anlayan olsun. Mən meyxanaya qulaq asan qızla evlənə bilmərəm”.

Şamil Bədəlov, satıcı: “Nə bilim…bir az ədəbli, mərifətli, mədəni, geyimi yerində bir qızla evlənərdim”.

Şəhriyar Xəlilov, çay evi sahibi: “Bilirsiniz, son vaxtlar oğlanlar çox axmaq hərəkətlər edirlər. elə açıq-saçıq geyinən qızlara baxırlar ki.. və bəziləri onlarla evlənirlər. Bu onların öz işidi, amma bunu etmək lazım deyil, çünki cəmiyyət korlanır”.

Xəyal Quliyev, inşaat mühəndisi: “Əsas odur ki, tərbiyəli, həyalı, abırlı olsun. Geyiminə fikir versin”.

Yunif Xəlilov, kassir: “Bilirsiniz, mənə görə evlənmək üçün sevmək kifayətdir. Könül sevən məsələsi də boş yerə deyilməyib”.


Anar Əliyev
, ofisiant: “Mənə görə qızın gözəlliyi bəsdir. Qalan hər şeyi kişi etməlidir”.

Elgün Aslanov, idman sahəsi üzrə mütəxəssis: “İlk növbədə məni sevənlə evlənmək istəyirəm. Mənə görə hər şeyi keçməyi bacarsın. Qısqanc olmasın. Ən əsası səmimi olsun. Tərbiyəli, mədəni, savadlı, mehriban ailəmi də başa düşən olsun”.

Mail Ağaxanov, jurnalist: “Mənim ağıllı, mədəni, özünə hörmət etməyi bacaran və geyiminə fikir verən “hicablı” xanım qızdan xoşum gəlir. Bəzən oğlanlar qızı onun zahiri görkəminə, onun varına, ali təsilli olmaqlarına görə istəyirlər. Bu heç də düzgün fikir deyil. Gələcək xoşbəxtliyini bu üç amildə görən oğlanlar heç də düzgün düşünmürlər”.

Vüqar Ağamalıoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı