
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev parlament seçkilərində iştirak etmək üçün 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Bu barədə Modern.az-a partiya sədrinin ideoloji məsələlər üzrə müzaini Təranə Ramazanova bildirib. Onun sözlərinə görə, bu gün DSK-dan imza vərəqələrini götürəcəklər.
Qeyd edək ki, saytımıza açıqlamasında Hafiz Hacıyev namizədliyini 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən irəli sürəcəyini demişdi. Hətta həmin dairədən onun üçün imzalar da yığılmışdı.
T.Ramazanovanın sözlərinə görə, partiyadaxili müzakirələrdən sonra H.Hacıyevin 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürməsi qərara alınıb.
Xatırladaq ki, bu dairədən AXCP sədri Əli Kərimli də namizədliyini irəli sürüb. H.Hacıyevin isə Ə.Kərimliyə münasibəti barədə danışmağa ehtiyac yoxdur.
Modern.az