“Bakı Dövlət Universitetində tələbələrin icazəsiz piket keçirmək istəməsi və Yasamal Rayon Polis İdarəsinin rəisinin orda olması ilə bağlı məlumatlar düzdür”.
Bu barədə Modern.az saytına açıqlamasında idarənin növbətçisi Mübariz Bayramov deyib. Onun sözlərinə görə, gənclərin yığıncağı qanunsuz keçirildiyindən bunun qarşısı alınır.
Qeyd edək ki, gənclər
saat 13-14.00 arası BDU-nun qarşısında aksiya keçirmək istəyirlər.
BDU-nun rəhbərliyi isə qabaqlayıcı tədbir görərək dərsləri yarımçıq dayandırmalı olub. BDU-nun rektoru Abel Məhərrəmov da hazırda universitetin həyətindədir.
Aytən Əliyeva