Modern.az

“Ərdoğan Bakıda Fətullah Güləni müzakirə edəcək” - ŞƏRH

“Ərdoğan Bakıda Fətullah Güləni müzakirə edəcək” - ŞƏRH

Təhsil

3 Aprel 2014, 11:48

“Bələdiyyə seçkilərindən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ilk olaraq Azərbaycana səfər etməsi gözlənilən idi”. Bunu Modern.az saytına Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ərdoğanın Bakı səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Türkiyənin əsas strateji müttəfiqlərindən biri olduğu üçün iki ölkə arasında hərbi-siyasi əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq. Politoloqun sözlərinə görə, Krımın Rusiya tərəfindən işğal olunması məsələsi də gündəmdə ola bilər.

“Bunlarla yanaşı ən önəmlisi,  Azərbaycan-Türkiyə birliyinin Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsiri mövzusu da müzakirəyə çıxarıla bilər. Həm də yəqin ki, Ərdoğan-Fətulla siyasi mübarizəsinin Azərbaycana təsiri də gündəmdə olacaq. Çünki Ərdoğan dəfələrlə qeyd edib ki, Gülən hərəkatı Azərbaycanda çirkli qara planlar həyata keçirmək istəyir”-deyə E. Şahinoğlu proqnozlaşdırıb.

Ekspert Suriyada gedən vətəndaş müharibəsinin müzakirəsinin diqqətdə saxlanacağı qənaətindədir. “Türkiyə hökuməti Bəşər Əsədə müxalif olan qüvvələri dəstəkləyir. Azərbaycan isə kiçik dövlət olduğundan proseslərə qarışmır və kənarda dayanıb. Amma Suriyada baş verənlər bizi də çox narahat edir. Çünki Azərbaycan vətəndaşlarının bir hissəsi Suriyada Əsədə qarşı döyüşür. Bu insanların böyük əksəriyyəti Türkiyə üzərindən Suriyaya yollanır. Suriya ilə bağlı geniş fikir mübadiləsi olmasa da, Azərbaycan tərəfi vətəndaşları ilə bağlı yaranmış təhlükəni gündəmə gətirə bilər”.

Qeyd edək ki, R.T. Ərdoğanın aprel ayının 4-də Azərbaycana rəsmi səfəri gözlənilir.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı