“Milli Şura adlı bir qurum yoxdur. O nə təşkilatdır, fəaliyyəti nədir və necədir?!”. Bunu Modern.az saytına ADP sədri Sərdar Cəlaloğlu partiyasının Milli Şuraya qoşulması ilə bağlı suala cavab verərkən deyib. O bildirib ki, Azərbaycanda Milli Şura adlı təşkilat yoxdur.
“Hardadır o Milli Şura, nədən ibarətdir? Onun yalnız formal olaraq adı qalıb. ADP olmayan bir təşkilata necə daxil ola bilər? Bu qapısı olmayan bir yerə elə təsəvvürdə tutulan qapıdan daxil olmağa bənzəyər”-deyə S. Cəlaloğlu qeyd edib.
Xatırladaq ki, Milli Şuranın 2013-cü il prezident seçkilərindən sonra dağılması prosesi sürətləndi.
Aqşin Kərimov