Modern.az

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Təhsil

6 Aprel 2026, 09:38

Avropa Azərbaycan Məktəbinin şagirdi, “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin birincisi, 2025-ci ildə ABŞ-də keçirilmiş dünyanın nüfuzlu elmi yarışlarından biri olan "International Science and Engineering Fair" (ISEF) müsabiqəsinin bürünc mükafatçısı Nicat Tağızadə artıq nüfuzlu Stanford Universitetinin tələbəsidir.

Modern.az xəbər verir ki, XIV müsabiqədə Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli məktəbin şagirdi Tural Abdinli birlikdə təqdim etdikləri “İzaholunan süni intellekt vasitəsilə meşə yanğınlarının proqnozlaşdırılması” adlı layihə ilə adlarını qaliblər sırasına yazmışdılar.

“Sabahın alimləri” kimi layihə müsabiqələrində iştirak və əldə olunan uğurlar gənclərin inkişafına mühüm töhfə verir, onların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə elmi nailiyyətlər əldə etməsinə şərait yaradır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı