Modern.az

Beyləqanda qadını öz evində öldürüblər

Beyləqanda qadını öz evində öldürüblər

Aktual

6 Aprel 2018, 10:20

Aprelin 3-də Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov tutulub.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı