Modern.az

Qızıl və pul oğrusu saxlanıldı

Qızıl və pul oğrusu saxlanıldı

Aktual

4 Avqust 2018, 10:39

İyul ayının 9-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini evindən 2  ədəd qızıl-zinət əşyasının  və 300 manat pulunun oğurlandığını bildirib.

 

Bu haqda Modern.az-a DİN mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib.

 

Keçirilmiş əməliyyat-tədbirləri nəticəsində oğurluğu edənin Zaqatala şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş  Fizuli Burcalıyev olduğu məlum olub. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

 

F.Burcalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun  Balakən rayonunda daha 2 evdən də oğurluq etdiyi məlum olub. Belə ki, iyulun 18-də şəhər ərazisindəki evlərin birindən 2 ədəd müxtəlif qızıl-zinət əşyasının və 500 manat pulun, avqustun 1-də isə  başqa bir evdən ümumi dəyəri 15 min manat olan qızıl-zinət əşyalarını oğurladığı aşkar edilib. Oğurlanmış qızıllar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı