Modern.az

Masallıda ağacın kottecin üstünə aşması zamanı yaralanan qadın öldü-YENİLƏNİB

Masallıda ağacın kottecin üstünə aşması zamanı yaralanan qadın öldü-YENİLƏNİB

Aktual

4 Avqust 2018, 23:17

Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət almış qadın dünyasını dəyişib. Modern.az “Report”a istinadən xəbər verir ki, istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşması nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı xəstəxanada keçinib.

 

20:54

 

Masallıda istirahət mərkəzində bədbəxt hadisə qeydə alınıb. Modern.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, Masallı-Yardımlı şosesinin 13-cü kilometrliyində, Masallı rayonu ərazisində yerləşən istirahət mərkəzində irigövdəli ağacın kottecin üzərinə aşdığı bildirilib.

 

Bununla əlaqədar olaraq Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Kottecdə xilasedicilər tərəfindən hərəkətsiz vəziyyətdə aşkarlanan 1984-cü il təvəllüdlü Mirzəyeva Sevda Siyavuş qızı hadisə yerində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. İlkin müayinə zamanı S.Mirzəyevanın huşsuz vəziyyətdə olduğu müəyyən edilib. Əməliyyat başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı