Modern.az

Sabiq deputat oğlunun ölüm səbəbindən danışdı - VİDEO

Sabiq deputat oğlunun ölüm səbəbindən danışdı - VİDEO

Aktual

4 Avqust 2018, 22:49

“Anar Nağılbazın ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub”. Modern.az xəbər verir ki, bunu mərhum reperin atası, sabiq deputat Rizvan Cəbiyev bildirib.

Rizvan Cəbiyev oğlunun ölümü ilə bağlı Real TV-yə açıqlamasında bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib.

Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.

 

Reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da Nağılbazın ölümü ilə bağlı danışıb: "Bəli, Anarın vəfat etdiyi doğrudur. Qara ciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı