Modern.az

Bakıda bacı-qardaş dənizdə batıb

Bakıda bacı-qardaş dənizdə batıb

Aktual

4 Avqust 2018, 23:07

Bakıda bacı və qardaş dənizdə batıb. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə. paytaxtın Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində 2 nəfər batıb.

 

Bildirilir ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı