Modern.az

Azərbaycan Qran-prisi “Formula 1” mövsümünün ən yaxşısı oldu - VİDEO

Azərbaycan Qran-prisi “Formula 1” mövsümünün ən yaxşısı oldu - VİDEO

Güncel

5 Avqust 2018, 09:13

Fanatlar onlayn-səsvermə yolu ilə “Formula 1”in Azərbaycan Qran-prisini 2018-ci il mövsümündə ən yaxşı seçiblər.

Modern.az xəbər verir ki, bu barədə informasiya yarışların Twitter-dəki rəsmi akkauntunda yerləşdirilib.  

Səs verənlərin 62%-i Azərbaycan Qran-prisini, yerdə qalan 38% isə Böyük Britaniya Qran-prisini seçiblər.

Səsvermədə 11 min 26 nəfər iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı