Misirin məşhur Marsa-Alam kurortunda akula turistə hücum edib.
Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, akula həmin şəxsə sahildən 20 km məsafədə suyun dibində olarkən hücum edib.
Kişinin bədəninin qalıqları sahildən tapılıb.
Sonuncu dəfə oxşar hadisə Misirdə 2015-ci ildə baş vermişdi. Həmin vaxt akula almaniyalı turist xanımı parçalamışdı.