İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələdə ölənlərin sayı durmadan artmaqdadır. Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 100 nəfəri keçib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində minlərlə yerli sakin və turist təxliyə edilib.