Avqustun 4-də Ağstafa rayonunun Qarayazı qəsəbəsi ərazisində yerləşən fermada, orada çoban işləyən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Misir İbrahimov münaqişə zəminində tüfəngdən 2 dəfə atəş açaraq oranın sahibi Sakit Nəsibova və arvadı Şərifə Həmşəyevaya xəsarət yetirib.
DİN-dən Modern.az-a verilən məlumata görə, nəticədə S.Nəsibov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ş.Həmşəyevanın vəziyyəti ağırdır.