Modern.az

İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi 

İlham Əliyev indoneziyalı həmkarına başsağlığı verdi 

Aktual

6 Avqust 2018, 18:16

Azərbaycan Prezidenti İlham Əliyevİndoneziya Prezidenti Coko Vidodoya başsağlığı məktubu göndərib.  

Modern.az-ın məlumatına görə, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı