Modern.az

Bakıda yeni Abad həyət və məhəllələr yaradılır

Bakıda yeni Abad həyət və məhəllələr yaradılır

Aktual

7 Avqust 2018, 09:15

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb.

Bu haqda Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

 

İlk növbədə çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şərait yaradılaraq onların yeni səviyyəyə çatdırılması işləri aparılır. Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir.

Görülən işlərə nəzarət  Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı