Modern.az

Çətənə yetişdirən Balakən sakini saxlanıldı

Çətənə yetişdirən Balakən sakini saxlanıldı

Aktual

7 Avqust 2018, 09:52

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri uğurla nəticələnib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə,  daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb.Onun yaşadığı kəndin “Qıraq oba “adlanan sahibsiz yerdə əkib-becərdiyi ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı