Daşkəsən rayonunun Əmirvar kəndində süni göldə batmış 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun axtarışları başa çatıb.
FHN-dən Modern.az-a verilən məlumata görə, H.İmamverdiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.
***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.