Modern.az

Goranboyda “Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu

Goranboyda “Uşaqların Beynəlxalq Müdafiəsi günü” qeyd olundu

Aktual

1 İyun 2021, 18:05

2020-ci il iyunun 1-dən Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında   “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  tədbir keçirilir.

 


Modern.az xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak edib.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov  “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdilər və onlara göstərilən diqqət və qayğıdan danışdılar.

Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.


Uşaqları təbrik edən icra başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov  onlara gələcək işlərində uğurlar dilədilər. Tədbirdə, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı