Bakının Nizami rayonunda yol qəzası baş verib.
Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Xalqlar Dostluğu" - ""Neftçilər" metrosu arasındakı yolda zəncirvari qəza nəticəsində "Toyota Prius", "Hunday" və "Prado" markalı avtomobillərə ciddi ziyan dəyib.
Qəza zamanı 1 nəfər xəsarət alıb.
Məlumata görə, hadisəyə səbəb "Tyota Prius" markalı avtomobilin yüksək sürətlə hərəkəti olub. Hadisə nəticəsində daha çox 99 VN 912 dövlət nömrə nişanlı "Hunday" zərər görüb.