Modern.az

NATO Baş katibi Boris Consonla görüşüb

NATO Baş katibi Boris Consonla görüşüb

Aktual

2 İyun 2021, 18:57

NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşüb.

 

Modern.az xəbər verir ki, görüş NATO Baş katibinin Londona səfəri çərçivəsində baş tutub.

 

Görüş zamanı iyunun 14-də Britaniyada keçiriləcək NATO sammitinə hazırlıq müzakirə edilib.

 

Baş nazir Britaniyanın Şərqdən gələn təhdidlərə qarşı NATO müttəfiqləri ilə çiyin-çiyinə dayanacağını bildirib.

 

Y. Stoltenberq isə Britaniyanın NATO-nun ən sadiq müttəfiqlərindən biri olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı