Modern.az

Azərbaycan ərəb ölkələrinə pomidor ixracında maraqlı deyil - SƏBƏB

Azərbaycan ərəb ölkələrinə pomidor ixracında maraqlı deyil - SƏBƏB

Aktual

2 İyun 2021, 21:09

Azərbaycan kənd təsərrüfatı məhsullarının ərəb ölkələrinə ixracı zamanı logistika problemləri ilə üzləşib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Ərəb ölkələri ilə Əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib. Onun sözlərinə görə, ərəb ölkələri bazarlarında Azərbaycan pomidorlarına yüksək qiymətlə əlaqədar tələb azalıb:

 

"Mövcud logistika problemlərinə baxmayaraq, Azərbaycan ərəb ölkələrinə ixracı genişləndirmək niyyətindədir".

 

O xatırladıb ki, Azərbaycanın pomidor ixracı ənənəvi olaraq Rusiya bazarına yönəlib və azərbaycanlı istehsalçılar daha ucuz qiymətə ərəb bazarında satışlarda maraqlı deyil.

 

Y.Əliyev əlavə edib ki, Azərabycanın ərəb ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracında əsas rəqibləri Türkiyə və İrandır (trend).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı