Modern.az

Xankəndidəki bu foto erməniləri narahat etdi

Xankəndidəki bu foto erməniləri narahat etdi

مورد توجه

3 İyun 2021, 13:04

Sosial şəbəkədə Azərbaycanın Xankəndi şəhərində məscidin istifadəyə verilməsi ilə bağlı məlumat paylaşılıb.

 

Modern.az xəbər verir ki, bu barədə erməni jurnalist Bella Lalayan öz feysbuk hesabında məlumat verib.

 

Məscidin fotosunu da yayımlayan Lalayanın sözügedən paylaşımı sosial şəbəkənin erməni seqmentində ciddi rezonans yaradıb.

 

Feysbuk istifadəçiləri məscidin Rusiyanın sülhməramlı kontingentində xidmət göstərən müsəlman hərbçilər, xüsusilə dağıstanlılar üçün nəzərdə tutulduğunu və Xankəndi Hava Limanının yaxınlığında yerləşdiyini qeyd ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı