Samuxda bıçaqlanma hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
2000-ci il təvəllüdlü kənd sakini Balakişiyev Raqif bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerldirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 21 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.