Modern.az

Azərbaycan millisi Portuqaliyaya qarşı

Azərbaycan millisi Portuqaliyaya qarşı

Aktual

7 Sentyabr 2021, 08:08

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 5-ci matçında Portuqaliya yığmasını qəbul edəcək.

 

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

 

Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edəcək. Ona yan xətt hakimləri Filippo Meli, Alessandro Kostanzo köməklik göstərəcək.

 

Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı