Modern.az

Vahid Ələkbərov neftin bahalaşmasını istəmir - SƏBƏB

Vahid Ələkbərov neftin bahalaşmasını istəmir - SƏBƏB

مورد توجه

7 Sentyabr 2021, 17:06

Neftin bir barelinin 100 dollara satılması bu sahənin çökməsinə gətirib çıxarar.

 

Modern.az xəbər verir ki, bunu “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov “Kommersant” qəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, bir barel neftin 65-75 dollara satılması həm istehsalçılar, həm də istehlakçılar üçün əlverişlidir. Neftin qiymətinin həddindən artıq artması neft bazarının çökməsinə gətirib çıxara bilər.

 

V.Ələkbərov onu da əlavə edib ki, “OPEC+” formatı tənzimləmə institutu kimi həmişəlik yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı