Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin keçirdiyi “Turaz Şahini-2021” birgə hərbi təlimləri ilə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə MN-in "Twitter" səhifəsində paylaşım edilib.
“Türkiyənin ev sahibliyi ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin də iştirakı ilə 6 sentyabr 2021-ci ildə başlayan “Turaz Şahini-2021” təlimləri Konyadakı 3-cü əsas təyyarə bazası komandandanlığında davam edir”, - məlumatda bildirilib.
Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.